Yuxarı

SOCAR: Magistral qaz kəmərində təmir işlərinə başlanılıb

İstehlakçıların qaz təchizatında fasilə yaranmayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

"Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi