SOCAR Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib

SOCAR Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilir
Energetika
22 Fevral , 2017 16:12
SOCAR Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib

Bakı. 22 fevral. REPORT.AZ/ Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilir.

"Report" xəbər verir ki, tədbirə 50-dən çox ölkənin nümayəndələri qatılıb. Üç gün müddətində keçirilən konfrans, "dəyirmi masa" və fasilələrdə çağırışlar və imkanlar, enerji bazarında tələb-təklif, qiymət dəyişikliyi, neft-qaz ve neft-kimya alqı-satqısı məsələləri müzakirə olunur.

Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 6 ildir Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir. Həmçinin, tədbirin məqsədi şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.

Qeyd edək ki, Beynəlxalq Neft Həftəsinin 1-ci günündə sənayenin gələcəyə uyğunlaşdırılması, enerji təchizatı, neft iqtisadiyyatının gələcəyi, dünya enerji tələbatının qarşılanması, Asiyanın enerji tələbatının gələcəyi, neft və qaz qiymətləri və digər məsələlər müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi