Yuxarı
    Bağlamaq

    “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyasının I mərhələsi başa çatıb

    Kampaniyanın növbəti 3 mərhələsində daha 21 qalib futbol üzrə Avropa çempionatının oyunlarına bilet qazanacaq

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı "SOCAR Petroleum SA" törəmə şirkətinin təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyasının ilk mərhələsinə yekun vurulub.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay Buxarestdə istifadəyə verilən yanacaqdoldurma məntəqəsində təşkil olunmuş və "SOCAR Petroleum SA" əməkdaşlarının, eləcə də KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimdə kampaniyanın ilk 5 qalibi müəyyən edilib. Qaliblər Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi açılış oyununa 2 nəfərlik bilet qazanıblar. 

    Xatırladaq ki, 15 mart - 10 aprel tarixlərini əhatə edən I mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 33 yanacaqdoldurma məntəqəsində 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb. Kampaniyanın qarşıdakı növbəti 3 mərhələsində isə daha 21 qalib futbol üzrə Avropa çempionatının qrup və final oyunlarına bilet qazanmaq imkanı əldə edəcək. Hər bir mərhələnin sonunda kampaniyanın qalibləri "SOCAR Petroleum SA"nın əsas ofisinə dəvət olunacaq və biletləri təqdimetmə mərasimi keçiriləcək.

    Qeyd edək ki, kampaniya 15 mart - 30 iyun tarixlərini əhatə edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi