Yuxarı

“SOCAR-la AVRO-2016-nın finalına doğru” kampaniyasının 3-cü mərhələsi yekunlaşıb

İyunun 19-da Lyon şəhərinin “Parc Olympique Lyonnais” stadionunda Rumıniya-Albaniya oyunun izləyəcəkqaliblər müəyyənləşib

Buxarest. 10 iyun. REPORT.AZ/ Buxarestdə SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum SA”-nın təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyasının növbəti mərhələsi başa çatıb. 

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Rumıniya paytaxtdakı “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birində keçirilən mərasimdə kampaniyanın 10 qalibinin adı məlum olub. Qaliblər iyunun 19-da Fransanın Lion şəhərində futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində baş tutacaq Rumıniya-Albaniya oyununa 2 nəfərlik bilet qazanıblar.

Mayın 23-də başlayan və iyunun 3-dək davam edən 3-ci mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 34 yanacaqdoldurma məntəqəsində 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, iyulun 4-də baş tutacaq kampaniyanın sonuncu mərhələsində Avropa çempionatının final matçına 2 bilet oynanılacaq. Qaliblər həmçinin təyyarə ilə gediş – dönüş biletləri və hotellə təmin olunurlar.

Xatıraldaq ki, “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru”kampaniyası martın 15-də başlayıb və iyunun 30-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi