Yuxarı
    Bağlamaq

    ​SOCAR: Kanadada "SOCAR Trading" şirkəti ticarət nümayəndəliyi açmaq istəyir

    Bununla bağlı işlər aparılır

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Son günlər kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kanadada nümayəndəlik açacağı ilə bağlı məlumatlar yayılıb.

    Bununla bağlı şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, Kanadada SOCAR yox, "SOCAR Trading" şirkəti özünün ticarət nümayəndəliyini açmaq istəyir və bununla bağlı işlər aparılır.

    Qeyd edək ki, ticarət nümayəndəliyi Kanadanın neft paytaxtı olan Kalqari şəhərində yerləşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi