​SOCAR jurnalistləri mükafatlandırıb

​SOCAR jurnalistləri mükafatlandırıb Daha sonra jurnalistlərin mükafatlarının təqdimetmə mərasimi keçirilib və mükafat alan jurnalistlərin fikirləri dinlənilib
Energetika
22 İyul , 2015 15:33
​SOCAR jurnalistləri mükafatlandırıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev müxtəlif kütləvi informasiya vasitələrində neft-qaz sənayesindən yazan jurnalistlərlə görüş keçirib. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan R.Abdullayev Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə jurnalistləri təbrik edib.

SOCAR prezidenti rəhbərlik etdiyi qurumun jurnalistlərlə çalışmaqda maraqlı olduğunu və SOCAR üçün şəffaflığın hər zaman əsas götürüldüyünü açıqlayıb.

R.Abdullayev bayram münasibətilə bir qrup jurnalistin təltif edilməsi üçün əmr imzaladığını bildirib.

Daha sonra jurnalistlərin mükafatlarının təqdimetmə mərasimi keçirilib və mükafat alan jurnalistlərin fikirləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi