SOCAR iyunda 609 min tondan çox neft hasil edib

SOCAR iyunda 609 min tondan çox neft hasil edib Bu ilin ilk yarısında isə şirkət 3,705 mln. ton neft hasil edib
Energetika
14 İyul , 2017 14:35
SOCAR iyunda 609 min tondan çox neft hasil edib

Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda 3 226,3 min ton neft hasil edilib. 

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun 609,3 min tonu, yaxud 18,89%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Qeyd edək ki, ümumilikdə, cari ilin ilk yarısında ölkə üzrə 19 160,5 min ton, o cümlədən, SOCAR üzrə 3 705,4 min ton neft hasil olunub.

Son xəbərlər

Orphus sistemi