Yuxarı
    Bağlamaq

    SOCAR iyulda 10 km-ə yaxın qazıntı həyata keçirib

    Ötən ay qazmadan alınmış 8, yanvar-iyulda isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib

    Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 673 metr qazma işi həyata keçirilib. 

    Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bu sahədə görülmüş işlərin 9 071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub.

    Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83 462 metr qazma işi görülüb ki, bunun da 77 078 metri istismara, 6 384 metri isə kəşfiyyata aid olub.

    Cari ilin iyul ayında qazmadan alınmış 8, yanvar-iyul aylarında isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi