SOCAR İsveçrədə YDM sayını 200-ə çatdırdı

SOCAR İsveçrədə YDM sayını 200-ə çatdırdı Şirkət daha 3 YDM açıb - 198-ci məntəqəsi Stalvedro, 199-cu məntəqəsi Mayringen, 200-cü məntəqəsi isə İnnertkirxen qəsəbələrində işə salınıb
Energetika
7 Dekabr , 2020 16:08
SOCAR İsveçrədə YDM sayını 200-ə çatdırdı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi – “SOCAR Energy Switzerland" şirkəti İsveçrədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 200-ə çatdırıb.

Bu barədə “Report” "SOCAR Energy Switzerland"ın rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, şirkət daha 3 YDM açıb. Şirkət 198-ci məntəqəsini Stalvedro, 199-cu məntəqəsini Mayringen, 200-cü məntəqəsini isə İnnertkirxen qəsəbələrində işə salıb.

Qeyd edək ki, "SOCAR Energy Switzerland" şirkəti İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və "ExxonMobil" şirkətləri arasında imzalanan müqavilə əsasında "Esso Switzerland" şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.

Son xəbərlər

Orphus sistemi