Yuxarı
    Bağlamaq

    ​SOCAR işçilərin başqa işə keçirilməsi prosesini avtomatlaşdırıb

    İnsan resursları Departamentində başqa işə keçirmə əməliyyatlarına dair seminar-müşavirə keçirilib

    Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları Departamentində (İRD) SOCAR müəssisələrinin kadr xidmətləri nümayəndələrinin iştirakı ilə SAP BRP sistemi vasitəsilə aparılan “işçilərin başqa işə keçirməsi” kadr əməliyyatları ilə bağlı seminar-müşavirələrin keçirilməsinə start verilib.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, seminar-müşavirədə SOCAR-ın müəssisələri tərəfindən İRD ilə elektron poçt vasitəsilə razılaşdırılaraq həyata keçirilən “işçilərin başqa işə keçirilməsi” prosesinin avtomatlaşdırılması istiqamətində edilmiş dəyişikliklər haqqında məlumat verilib. SOCAR üzrə kadr əməliyyatlarının operativ formada həyata keçirilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədi ilə təkmilləşdirilmiş elektron yerdəyişmə cədvəli və SAP BRP sistemində hazırlanmış yeni “əməliyyat aləti” seminar iştirakçılarına təqdim edilib. Bildirilib ki, bu prosesin tətbiqi İRD və kadr xidmətləri arasında kadr əməliyyatlarının aparılması üçün zəruri olan məlumat mübadiləsinin effektivliyi artıracaq və SAP BRP sistemində işçilərin ümumi məlumat bazasının mütəmadi olaraq yenilənməsini təmin edəcək. 

    Seminar-müşavirədə yeni prosesin tətbiqi texnologiyası əyani şəkildə iştirakçılara nümayiş etdirilib, kadr əməliyyatları ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.

    Seminar-müşavirələrin mayın sonunadək davam etdirilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi