​SOCAR Türkiyədə indiyədək saxlanılan sabiq əməkdaşlarının sayını açıqlayıb

​SOCAR Türkiyədə indiyədək saxlanılan sabiq əməkdaşlarının sayını açıqlayıb İndiyə qədər saxlanılmış 38 nəfərdən 26-sı artıq sərbəst buraxılıb
Energetika
16 Avqust , 2016 18:02
​SOCAR Türkiyədə indiyədək saxlanılan sabiq əməkdaşlarının sayını açıqlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) indiyə qədər "SOCAR Turkey"in saxlanılan sabiq əməkdaşlarının sayını açıqlayıb və arasında "Petkim Holding"in sabiq rəhbərinin də olduğu keçmiş əməkdaşlarının həbsinə münasibət bildirib.

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev "Report"a açıqlamasında qeyd edib ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın da vurğuladığı kimi, sabiq əməkdaşların həbsi məsələlərinin “Petkim”in və ümumiyyətlə SOCAR-ın Türkiyədəki fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

"Bu, Türkiyənin müvafiq orqanları tərəfindən həyata keçirilən hüquqi prosesdir. İndiyə qədər saxlanılmış 38 nəfərdən 26-sı artıq sərbəst buraxılıb, qalan 12 nəfər haqqında araşdırmalar davam edir. SOCAR dəfələrlə bəyan etdiyi kimi, Türkiyə dövlət orqanlarının həyata keçirdiyi bu prosesləri tam dəstəkləyir. "Petkim” və SOCAR-ın Türkiyədəki digər müəssisələri fəaliyyətini normal şəkildə davam etdirir", - deyə N.Quliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi