Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birbaşa istismar etdiyi yataqlarda 1,8 mln ton neft, 1,8 mlrd kubmetr qaz hasil olunub.
“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkə üzrə isə neft hasilatı 8,6 milyon ton, qaz hasilatı isə 9,4 milyard kubmetr (illik müqayisədə 14% çox) təşkil edib.