SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib

SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib İclasda SOCAR-ın hesabına təhsil almaq üçün müraciət etmiş 5 tələbənin namizədliyi müzakirə olunub
Energetika
5 Sentyabr , 2016 16:09
SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 5 tələbənin namizədliyi müzakirə olunub və tələbələr Komissiya üzvlərinin suallarını cavablandırıb, həmin ixtisaslar üzrə oxumaq istəklərini əsaslandırıblar.
2016-2017-ci tədris ili üçün 1 nəfərin Böyük Britaniyanın London Universitet Kollecində Kimya mühəndisliyi ixtisası üzrə, 1 nəfərin isə Lester Universitetində İnsan resurslarının idarəolunması ixtisası üzrə təhsil almaları Komissiya üzvləri tərəfindən məqsədəuyğun hesab olunub.

Daha sonra SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə kompüter elmləri, gəmiqayırma, kimya mühəndisliyi, informatika və İKT, hüquq, neft geologiyası və neft qaz mühəndisliyi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 9 məzunun (6 bakalavr, 3 magistr) hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Məzunlar Komissiyanın qərarı ilə SOCAR-ın müvafiq strukturlarında işlə təmin olunublar.
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 35 nəfər (10 bakalavr, 25 magistr) təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir və onlardan 21 nəfərin (3 bakalavr, 18 magistr) bu ilin sonuna kimi təhsillərini başa vuraraq geri qayıtmaları gözlənilir. Artıq 189 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunublar.                              

Son xəbərlər

Orphus sistemi