SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilib

SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilib Hazırda 30 nəfər tələbə Proqram çərçivəsində təhsilini davam etdirir
Energetika
138
17 Oktyabr , 2017 15:01
SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilib
Socar.az

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib. 

Qeyd edək ki, 2006-cı ildən etibarən SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramına 293 nəfər cəlb edilib. Hazırda 30 nəfər tələbə Proqram çərçivəsində təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir.

Son xəbərlər

Orphus sistemi