SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib 2017-2018-ci tədris ili üzrə maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və onlar üzrə kvotanın müəyyən edilməsi məsələsi müzakirə olunub
Energetika
21 Dekabr , 2016 16:43
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində neft, mexanika, geologiya mühəndisliyi və enerji sənayesinin idarə edilməsi ixtisasları üzrə magistr təhsilini başa vurmuş 4 məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Həmçinin 2017-2018-ci tədris ili üzrə maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və onlar üzrə kvotanın müəyyən edilməsi məsələsi müzakirə olunub.

Komissiya üzvləri qarşısında hesabatla çıxış edən məzunlar xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 27 tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar.

Son xəbərlər

Orphus sistemi