SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir
Energetika
6 Oktyabr , 2016 18:04
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı (XTP) üzrə qabaqcıl xarici universitetlərdə neft mühəndisliyi, marketinq və strategiya, risklərin idarə olunması, ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar, kompüter elmləri və insan resurslarının idarə edilməsi ixtisas qrupuları üzrə magistr təhsilini başa vurmuş 10 nəfər məzunun hesabat xarakterli təqdimatları dinlənilib.

Həmçinin, Xaricdə təhsil üzrə Dövlət Proqramı xətti ilə biznesin idarə edilməsi elmi ixtisası üzrə doktorantura pilləsində təhsil almaq üçün komissiyanın qərarı ilə möhlət almış 1 nəfər XTP məzununa yenidən iş yeri təyinatının verilməsi məsələsi müzakirə olunub.

Komissiya üzvləri qarşısında hesabatla çıxış edən məzunlar xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri, eləcə də SOCAR-ın dəstəyi ilə Azərbaycanın təbliği məqsədi ilə ictimai fəaliyyətləri barədə məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri müəyyən olunub.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir və onlardan 11 nəfərin bu ilin sonuna kimi təhsillərini başa vuraraq geri qayıtmaları gözlənilir. Bundan əlavə, 199 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunub.

Son xəbərlər

Orphus sistemi