Yuxarı

​SOCAR-ın vitse-prezidenti Tullantı Mərkəzinin tikinti sahəsində olub

Müəssisənin tam qüvvə ilə sentyabr ayında işə başlaması planlaşdırılır

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR və BP-nin Tullantı Mərkəzinin genişləndirilməsi üzrə birgə layihəsi çərçivəsində aparılan işlərin gedişi ilə tanış olmaq üçün Mərkəzin tikinti ərazisində olub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Hüseynzadə tikintiyə baxış keçirib və ona bildirilib ki, layihə çərçivəsində Mərkəzin ərazisi genişləndirilib, müxtəlif növ istehsalat tullantılarının qəbulu və saxlanılması üçün müvafiq şərait yaradılıb.

Həmçinin, qurğuların Mərkəzdə quraşdırılması məqsədilə beton özüllər artıq inşa edilib. Mərkəz ərazisində “Econ Industries GmbH.” şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq bu şirkətin “VacuDry” qazma şlamı emal edən iki ədəd qurğusunun quraşdırılmasına başlanılıb. Müəssisənin tam qüvvə ilə işə başlaması cari ilin sentyabr ayına planlaşdırılır.

Mərkəzdə işlərin gedişi ilə tanış olduqdan sonra R.Hüseynzadə layihə icraçılarına tövsiyə və tapşırıqlarını verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi