SOCAR-ın vitse-prezidenti: "Hazırda ölkədə təbii qaza gündəlik tələbat 20 mln. kubmetrdir"

SOCAR-ın vitse-prezidenti: "Hazırda ölkədə təbii qaza gündəlik tələbat 20 mln. kubmetrdir" Bakı. 16 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanda təbii qaza olan gündəlik daxili tələbat 20 mln. kubmetr təşkil edir.
Energetika
16 Noyabr , 2018 18:06
SOCAR-ın vitse-prezidenti: Hazırda ölkədə təbii qaza gündəlik tələbat 20 mln. kubmetrdir
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda təbii qaza olan gündəlik daxili tələbat  20 mln. kubmetr təşkil edir".

“Report”un məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bu gün “Azəriqaz” İstehsalat Birliyində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu həcmin 10,2 mln. kubmetri Bakı sakinlərinin, qalan 9,8 mln. kubmetri  isə regionların qazla təminatına sərf edilir: "Bundan başqa, gündəlik 6 mln. kubmetr qaz SOCAR tərəfindən Gürcüstanın qazlaşdırılmasına, yerdə qalan həcmlər isə digər ölkələrə ixrac edilib".

R.Qurbanov vurğulayıb ki, keçən ilə nisbətən Azərbaycanda əhalinin təbii qaz tədarükü ilə bağlı vəziyyət xeyli yaxşılaşıb: “Bütün bunlar SOCAR-ın dənizdə və quruda apardığı hasilatla bağlıdır. “Şahdəniz” yatağından əlavə qaz həcmləri alınaraq “Azəriqaz”a verilib. Bundan başqa, “Bulla-dəniz” yatağında qazılan yeni quyular imkan verəcək ki, ölkəni daha yaxşı və keyfiyyətli qazla təmin edək".

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, keçən ilə nisbətən SOCAR artıq yeraltı qaz anbarlarına 500 mln. kubmetrdən artıq qaz vurub.

Son xəbərlər

Orphus sistemi