SOCAR-ın vitse-prezidenti: "Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqata ehtiyac var"

SOCAR-ın vitse-prezidenti: "Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqata ehtiyac var" Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqatlara ehtiyac var.
Energetika
31 May , 2019 13:12
SOCAR-ın vitse-prezidenti: Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqata ehtiyac var
Report/ Elchin Murad

"Azərbaycanda 66 sahədə əlavə seysmik tədqiqatlara ehtiyac var".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.

O qeyd edib ki, bu sahələrin 32-si dənizdə, 34-ü isə quruda yerləşir.

Onun sözlərinə görə, indiyədək 80-dan çox yataq aşkar edilib, onlardan 28-i dənizdə, 52-si quruda yerləşir: "Bu yataqlar uzun müddətdir ki, istismardadır. SOCAR kəşfiyyat işlərinə xüsusi diqqət yetirir. Hazırda böyük neft-qaz layihələri işlənilir. Eyni zamanda ilkin kəşfiyyat işlərinin aparılmasına hazırlıq işləri görülür".

O qeyd edib ki, Abşeron yarımadasının şimal və cənubunda dayazsulu hissələrində böyük potensial var.

B.Hüseynov həmçinin qeyd edib ki, Azərbaycanın orta hissəsində qeyri-ənənəvi şist nefti və qazı axtarılması imkanları, geoloji şərait var: "Biz mərhələ-mərhələ bu işlərə baxıb, ola bilər ki, gələcəkdə bu istiqamətdə işləri artıraq".

Son xəbərlər

Orphus sistemi