Yuxarı
    Bağlamaq

    SOCAR-ın və Fransanın “Total” şirkətinin nümayəndələri Neft Daşlarında olub

    Qonaqlar “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə baxış keçiriblər

    Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov, şirkətin “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, Fransanın “Total” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Nicolas Brunet, eləcə də hər iki şirkətin nümayəndələri Neft Daşlarına işgüzar səfər edib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Neft Daşlarında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

    “Abşeron” yatağında qazılacaq ilk quyudan hasil olunacaq sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qazın Neft Daşlarına, oradan da “28 May” NQÇİ-nin mövcud xətləri ilə sahilə nəqlinin mümkünlüyü ilə tanış olmaq məqsədi ilə qonaqlar “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə, tibb məntəqəsinə baxış keçiriblər.

    “Neft Daşları” NQÇİ-nin konfrans zalında “Neftin və qazın hasilatında bütövlüyün idarə olunması və yoxlamalar” mövzusunda keçirilmiş geniş tərkibli müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, “Abşeron” yatağında qazılacaq ilk quyunun gündəlik məhsulunun ilkin mərhələdə sahilə nəql olunması barəsində fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrdən sonra belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi