SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımı yad edilir

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımı yad edilir Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 23-dən martın 1-nə kimi Xocalı soyqırımının 27-cı ildönümü ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırıma dair videoçarx yayımlanır, məntəqələrdə musiqi yayımı dayandırılıb, bayraqlar endirilib.
Energetika
27 Fevral , 2019 10:48
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımı yad edilir

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 23-dən martın 1-nə kimi Xocalı soyqırımının 27-cı ildönümü ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırıma dair videoçarx yayımlanır, məntəqələrdə musiqi yayımı dayandırılıb, bayraqlar endirilib.

"Report" xəbər verir ki, videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında maarifləndirici məlumatlar, soyqırıma dair fotolar, rəqəmlər yer alır.

“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlar Xocalı soyqırımı haqqında həqiqətləri öyrənə bilirlər.

Son xəbərlər

Orphus sistemi