SOCAR-ın Ukraynada fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib

SOCAR-ın Ukraynada fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib.
Energetika
21 İyun , 2019 16:05

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib.

“Report”un Ukraynanın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevski ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentinin prioriteti, həmçinin Ukraynada SOCAR-ın fəaliyyətinin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə Ukrayna Prezidenti yanında İnvestorlar Şurası çərçivəsində aparılan işlərlə bağlı məsələlər də müzakirə edilib.

R.Abdullayev gələcəkdə İnvestorlar Şurasının iclaslarında iştirak etməyə hazır olduğunu bildirib. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlanıb. 

Son xəbərlər

Orphus sistemi