SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb

SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətləri - STAR Neft Emalı Zavodu və "SOCAR Petrol Ticaret" mükafata layiq görülüblər.
Energetika
24 Mart , 2022 11:22
SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətləri - STAR Neft Emalı Zavodu və "SOCAR Petrol Ticaret" mükafata layiq görülüblər.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, mükafatları İstanbul Kimya Məhsulları İxracatçıları Birliyi təqdim edib. "İxracatın Ulduzları-2021" üzrə "SOCAR Petrol Ticaret" birinci, STAR Neft Emalı Zavodu isə ikinci yeri tutub.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq SOCAR-ın Türkiyədəki şirkətləri uğurlu nəticələr əldə edib, istehsal və satışı fasiləsiz davam etdirib, yerli sənayeçilərin ixracını dəstəkləyib.

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin "Petkim" neft-kimya kompleksinin səhmlərinin 51%-ni əldə edərək bu ölkədə fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi