Yuxarı

​SOCAR prezidenti: "Türkiyədəki layihələr uğurla həyata keçirilir"

Rövnəq Abdullayev: Star neft emalı zavodunun inşası proqramı qabaqlayır

Bakı. 29 oktyabr. REPORT.AZ/Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)Türkiyədə icra etdiyi investisiya layihələri uğurla həyata keçirilir. "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev son günlər Türkiyə mətbuatında yazılanlara münasibət bildirərək qeyd edib: "Ola bilər ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə böyük siyasi və iqtisadi birliyinə kölgə salmaq istəyir".

R.Abdullayev əlavə edib ki, SOCAR-ın bu ölkədəki layihələri uğurla həyata keçirilir: "TANAP layihəsi yüksək templə irəliləyir. Artıq boruların düzülməsi və qaynaq işlərinin aparılması həyata keçirilir. Bu layihədə gözəl nəticələr var".

"Star" neft emalı zavodunun inşası da davam etdirilir. Burada işlər proqramı qabaqlayır. "Petlim" limanı artıq başa çatdırılır, burada kranlar quraşdırılır. Bu liman gələn ilin birinci rübündə artıq yükləri qəbul etməyə başlayacaq. Bu gözəl nəticələr, Türkiyə-Azərbaycan iqtisadi birliyinin əldə etdiyi nəticələr kiminsə xoşuna gəlmir. Bu da normal bir şeydir", - deyə SOCAR prezidenti vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi