SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər İdarə müxtəlif mövzularda təşkil olunan kurslara dair təqdimat nümayiş etdirib
Energetika
24 Noyabr , 2016 12:38
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Dənizdə və quruda neft dağılmaları: Neft və qaz sektorunda sənaye təhlükəsizliyi” mövzusunda IV praktiki konfransda iştirak ediblər.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, Azərbaycan, Türkiyə, Rusiya, Belarusiya, Qazaxıstan, Böyük Britaniya, Almaniya və Norveçin ekologiya, gəmiçilik, neft-qaz, neft-kimya, texniki xidmət və elmi-tədqiqat sahələrini təmsil edən dövlət və özəl sektorun 100-ə yaxın əməkdaşı və media nümayəndələri konfransa qatılıblar. Tədbirdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ekoloji maarifləndirmə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi mövzularında təşkil olunan kurslara dair təqdimat nümayiş etdirilib, İdarə rəisi Fuad Süleymanovun məruzəsi dinlənilib. Konfransda TTSİ-nin təlim mərkəzlərinin potensialı və mövcud imkanları barədə dinləyicilərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi