SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin nümayəndələri ilə görüş keçirilib

SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin nümayəndələri ilə görüş keçirilib Mərkəzdə xarici ölkələrin aparıcı təlim və peşə təhsili qurumlarının metodikası əsasında texniklər hazırlanır
Energetika
9 Sentyabr , 2015 18:43
SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin Təşkilat və Hasilat üzrə təlim bölməsinin rəhbəri xanım Judit Luberskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə İdarə rəisi Fuad Süleymanov BP şirkətinin Davamlı İnkişaf Təşəbbüsləri çərçivəsində Qobustan Regional Təlim Mərkəzində 10 aylıq fəhlə kadrlarının hazırlanması proqramının icrası ilə əlaqədar yerinə yetirilən təlim-tədris prosedurlarından, yaradılmış şəraitdən danışıb.

O, Qobustan Regional Təlim Mərkəzində keçirilən kursların xarici şirkətlərin marağına səbəb olduğunu qeyd edib, Mərkəzin qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, Mərkəzdə “BosShelf” və digər şirkətlərlə tərəfdaşlıq çərçivəsində xarici ölkələrin aparıcı təlim və peşə təhsili qurumlarının metodikası əsasında texniklər hazırlanır. Mərkəzdə qurulmuş simulyatorların iş prinsipləri, mövcud standartlar, əyani vəsaitlər, Qaynaq sexində yerinə yetirilən işlər, əməyin təhlükəsizliyi rejimi, istifadə olunan avadanlıqlar və materiallar qonaqların nəzərinə çatdırılıb.

Sonda BP şirkətinin əməkdaşları Qobustan Regional Təlim Mərkəzində tanışlıq və təcrübə mübadiləsi üçün yaradılan şəraitə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi