Yuxarı
    Bağlamaq

    ​SOCAR-ın struktur bölmələrinə işə qəbulla bağlı vakansiyalar elan olunub

    Vakansiyalar şirkətin saytında elan olunub

    Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrinə işə qəbulla bağlı vakansiyalar elan olunub.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Ağdam magistral qaz kəmərləri sahəsində (MQKS) Bərdə rayonu üzrə energetik, Siyəzən MQKS-də xətti istismar xidməti üzrə usta, Ağdaş MQKS-də Şəki rayonu xətti istismar xidməti üzrə usta, Astara MQKS-i Saatlı-İmişli magistral qaz kəmərlərinə xidmət üzrə mühəndis vakansiyaları elan edilib.

    Həmin regionlarda yaşayan, vakansiyaların tələblərinə uyğun gələn (təhsil səviyyələri və iş təcrübələri uyğun olan) vətəndaşlar müraciət etməklə müsabiqədə iştirak edə bilərlər.

    Bildirək ki, sərbəstləşdirilmiş işçilərin “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqram çərçivəsində SOCAR-ın struktur bölmələrində yaranan vakant yerlərdə yerləşdirilməsi ilə əlaqədar olaraq müsabiqə yolu ilə işə qəbul prosesi müvəqqəti olaraq məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına doldurulması mümkün olmayan vakansiyalar mütəmadi olaraq şirkətin vebsaytında elan olunur. 

    Xatırladaq ki, sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına komplektləşdirilməsi mümkün olmayan vakansiyalar gələcəkdə də şirkətin vebsaytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunacaq.

    Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətində aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilən işçilərin sosial təminatının dayanıqlığının qorunması məqsədilə 17.01.2014-cü ildə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqram təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi