Yuxarı
    Bağlamaq

    SOCAR-ın Rumıniyadakı kampaniyasının ilk mərhələsi yekunlaşıb

    Aksiyada 32 nəfər 200 leilik (85 AZN) yanacaq kartı əldə edib

    Buxarest. 19 dekabr. REPORT.AZ/ SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının noyabrın 15-dən dekabrın 15-dək davam edən 1-ci mərhələsi başa çatıb.

    Şirkətdən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, bü müddət ərzində Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında alış-veriş edən müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanıvlar. İlk mərhələdə 32 qalib uduşa qoyulan 200 leilik (80 AZN) yanacaq kartını əldə edib.

    Kampaniyanın ikinci (15 dekabr-15 yanvar) mərhələsində daha 32 ədəd 200 leilik (80 AZN), üçüncü mərhələdə (15 noyabr - 15 yanvar) isə 1 ədəd 1000 leilik (400 AZN) əsas uduş - yanacaq kartları öz sahiblərini tapacaq. Hər bir mərhələ başa çatdıqdan sonra mükafatlar qaliblərə təqdim olunacaq.

    Xatırladaq ki, “Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci il tarixlərini əhatə etməklə 3 mərhələdə keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi