​SOCAR-ın Rumıniyadakı əməkdaşları Neftçilər gününü qeyd ediblər

​SOCAR-ın Rumıniyadakı əməkdaşları Neftçilər gününü qeyd ediblər Tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd olunub
Energetika
21 Sentyabr , 2015 18:42
​SOCAR-ın Rumıniyadakı əməkdaşları Neftçilər gününü qeyd ediblər

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyində 20 sentyabr - Neftçilər günü münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci ildə imzaladığı fərmanla Azərbaycanda Neftçilər günü kimi qeyd olunan 20 sentyabr Azərbaycanın yeni enerji strategiyasının əsasının qoyulduğu gündür: "21 il əvvəl ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dünyanın 11 tanınmış neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalanıb. Bununla da Azərbaycanın müasir tarixində yeni eranın başlanğıcına start verilib".

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışda SOCAR-ın ölkədə, eləcə də regionda həyata keçirdiyi neft-qaz layihələrinin uğurlarından bəhs edilib, "STAR" neft emalı zavodu, TANAP və TAP qaz kəmərləri layihələrinin əhəmiyyəti vurğulanıb, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib. Dünya enerji bazarında özünü etibarlı neft ixracatçısı kimi təsdiq etmiş Azərbaycanın son illərdə qaz tədarükü sisteminə inamla daxil olduğu, bu sahədə yeni-yeni nailiyyətlər qazandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.                           

Son xəbərlər

Orphus sistemi