SOCAR-ın Rumıniyada gələcək hədəfləri müzakirə olunub

SOCAR-ın Rumıniyada gələcək hədəfləri müzakirə olunub Görüşdə stansiyaların rəhbərləri, departamentlərin menecerləri və "SOCAR Petroleum SA"nın baş direktoru iştirak edib
Energetika
1 Aprel , 2016 16:28
SOCAR-ın Rumıniyada gələcək hədəfləri müzakirə olunub

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı işçilərinin illik seminarı keçirilib.

"Report"un "SOCAR Romania"ya istinadən verdiyi xəbərə görə, seminarda ötən ilin göstəriciləri və bu ilin hədəfləri təqdim olunub.

Seminarda müxtəlif mövzularda debat sessiyalar keçirilib, qaz stansiyalarının fəaliyyəti ilə bağlı təkliflər, 2015-ci ildə əldə olunan nailiyyətlər və 2016-cı ilin strateji hədəfləri üzrə təqdimatlar olub.

Görüşdə stansiyaların rəhbərləri, bütün departamentlərin menecerləri və "SOCAR Petroleum SA"nın baş direktoru Həmzə Kərimov iştirak edib.

H.Kərimov əldə olunan nailiyyətlərə görə komandanı təbrik edib və qaz stansiyalarında əməliyyat prosesləri zamanı stansiyalar və dəstək departamentləri arasındakı daha yaxşı təşkilatçılıq və əlaqələri qeyd edib. O, 2016-cı ilin hədəflərini həyata keçirmək üçün daha yaxşı əməkdaşlığın vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi