SOCAR-ın rəhbərliyi şirkətin Sumqayıtda yerləşən müəssisələrində görülən işlərlə tanış olub

SOCAR-ın rəhbərliyi şirkətin Sumqayıtda yerləşən müəssisələrində görülən işlərlə tanış olub “Azərikimya”nın baş ofisindəki konfrans zalında geniş müşavirə keçirilib
Energetika
27 Fevral , 2018 20:25
SOCAR-ın rəhbərliyi şirkətin Sumqayıtda yerləşən müəssisələrində görülən işlərlə tanış olub

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri fevralın 27-də SOCAR-ın Sumqayıtda yerləşən müəssisələrində olublar.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Rövnəq Abdullayev Karbamid zavodunda aparılan tikinti işləri ilə maraqlanıb. 

SOCAR-ın rəsmiləri zavodun ərazisini gəzib, Mərkəzi İdarəetmə Sistemi ilə tanış olub, karbamid saxlanılacaq anbarlara baxış keçirib, mütəxəssislərlə görüşüblər.

Sonra SOCAR Polymer müəssisəsində istehsalatın müxtəlif zonaları və tikinti-tamamlanma işlərinin gedişi ilə tanışlıq olub.

Daha sonra SOCAR-ın rəsmiləri “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna gəliblər. Burada aparılan işlərin gedişi və yeni qurğuların tikintisi ilə maraqlanan R.Abdullayevə məlumat verilib ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğuların və yardımçı sahələrin inşası davam etdirilir.

SOCAR-ın prezidenti Sumqayıt şəhərindəki cüdo idman zalında aparılan əsaslı təmir işləri ilə də tanış olub.

Sonda “Azərikimya” İB-nin baş ofisindəki konfrans zalında vitse-prezidentlərin, SOCAR Polymer və Karbamid zavodlarının, həmçinin Birliyin nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə reallaşdırılan layihələrin vəziyyəti ilə bağlı SOCAR-ın prezidentinə məlumatlar verilib, təqdimatlar ətrafında geniş müzakirələr aparılıb. R.Abdullayev müzakirə olunan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi