SOCAR-ın rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

SOCAR-ın rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.
Energetika
104
20 Sentyabr , 2021 12:06
SOCAR-ın rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” münasibəti ilə Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkət nümayəndələri milli dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadiyyatımızın inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi