​SOCAR-ın Regional Təlim Mərkəzində BP-nin layihə meneceri ilə görüş keçirilib

​SOCAR-ın Regional Təlim Mərkəzində BP-nin layihə meneceri ilə görüş keçirilib Görüşdə kadr hazırlığı sahəsində təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsi zərurəti qeyd olunub
Energetika
8 Oktyabr , 2015 13:02
​SOCAR-ın Regional Təlim Mərkəzində BP-nin layihə meneceri ilə görüş keçirilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin “Şahdəniz-2” çərçivəsində istismara hazırlıq və işəsalma üzrə layihə meneceri Çarlz Bluke ilə görüş keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Qobustan Regional Təlim Mərkəzinin kadr hazırlığı proqramı və imkanlarından söz açılıb, nəzarət-ölçü cihazları, mexanika və elektrotexnika üzrə peşə kurslarının əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, terminal və platformalarda çalışan quraşdırıcı çilingər və operatorların layihə tapşırığına uyğun olaraq hazırlanması məsələləri prioritet kimi vurğulanıb. Təlim Mərkəzinin xarici şirkətlərlə əməkdaşlıq imkanları barədə məlumat verilib, BP, “BosShelf” və digər şirkətlərlə qurulmuş işgüzar əlaqələrdən bəhs olunub, Mərkəzdə fəhlə kadrlarının, texnik və qaynaqçıların hazırlandığı qeyd edilib. Görüşdə Perspektiv İnkişaf Planına və 2015-ci il üzrə Tədbirlər Planına əsasən, ixtisasartırma və ikinci peşəyə yiyələnmə, ilkin təlimatlandırma sahəsində müntəzəm təlimlərin keçirilməsi, eləcə də xarici ölkələrin aparıcı təlim qurumları ilə birgə praktiki seminarların təşkili, həmçinin sertifikatlaşdırma məsələlərinə toxunulub.

BP şirkətinin “Şahdəniz-2” çərçivəsində istismara hazırlıq və işəsalma üzrə layihə meneceri Ç.Bluke Qobustan Regional Təlim Mərkəzi ilə kadr hazırlığı sahəsində təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsi zərurətini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi