Yuxarı

SOCAR-ın qışda Gürcüstana qaz ixracının artırılmasına dair razılıq əldə edilib

Qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 mln. kubmetr artırılacaq

Bakı. 29 yanvar.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə qarşı tərəfin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparıb.

"Report"a SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edilib.

Razılığa əsasən, qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 mln. kubmetr artırılacaq.

"Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır", - deyə SOCAR-ın məlumatında qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi