SOCAR-ın Qaz İxrac İdarəsinin bir qrup işçisi təltif edilib

SOCAR-ın Qaz İxrac İdarəsinin bir qrup işçisi təltif edilib Təltif olunanlara SOCAR-ın Fəxri fərmanları təqdim olunub.
Energetika
23 Sentyabr , 2015 14:31
SOCAR-ın Qaz İxrac İdarəsinin bir qrup işçisi təltif edilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü və Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarənin rəisi Qağaməli Seyfullayev əlamətdar hadisənin Azərbaycanın həyatındakı əhəmiyyətindən, dövlət səviyyəsində neftçi əməyinə göstərilən diqqət və qayğıdan danışıb.

O, “Neftçilər günü”nün SOCAR-ın digər müəssisələri kimi Qaz İxrac İdarəsində də böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulayıb, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının Azərbaycana qazandırdığı uğurlardan danışıb, bu nailiyyətlərdə İdarənin rolunu qeyd edib.

Bildirilib ki, hər il olduğu kimi, bu il də Qaz İxrac İdarəsinin bir qrup işçisi neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib. Onlardan Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin xidmət rəisi Gündüz Mürsəlov ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ''Tərəqqi'' medalına layiq görülüb. İdarənin əsaslı təmir şöbəsinin rəisi Heydər Nuriyev, Magistral qaz kəmərlərinin istismarı şöbəsinin rəis müavini Xanoğlan Orucov, Anbar təsərrüfatının müdiri Səməd Osmanov və Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin rəis müavini Ziyadxan Cəlilov isə SOCAR-ın Fəxri fərmanları ilə təltif olunublar.

Tədbirdə İdarənin rəisi Qağaməli Seyfullayev təltif olunanlara SOCAR-ın Fəxri fərmanlarını təqdim edib.  

Son xəbərlər

Orphus sistemi