SOCAR-ın ​Qaz anbarlarının istismarı İdarəsində konfrans keçirilib

SOCAR-ın ​Qaz anbarlarının istismarı İdarəsində konfrans keçirilib Tədbirdə "Azneft" İstehsalat Birliyinin mütəxəssisləri, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun elmi işçiləri iştirak ediblər
Energetika
24 İyun , 2016 14:48
SOCAR-ın ​Qaz anbarlarının istismarı İdarəsində konfrans keçirilib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz anbarlarının istismarı İdarəsində qarşıda duran işlərə həsr edilmiş konfrans keçirilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə “Azneft” İB-nin mütəxəssisləri, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun elmi işçiləri və Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə iştirak ediblər.

Qaz anbarlarının istismarı İdarəsinin baş mühəndisi Əfqan Yusubov yeraltı anbarlara qazvurma-qazgötürmə prosesində, yataqların işlənilməsində, tikinti-quraşdırma işlərində mütərəqqi yeniliklərin tətbiqinə önəm verildiyini, yeni texnika, texnologiya və avadanlıqlardan istifadə olunduğunu vurğulayıb.

Daha sonra BANM-ın professoru A.Məmmədzadənin “Neftvermənin müasir artırılma üsulları”, habelə “Neftqazelmitədqiqatlayihə” İnstitutu mütəxəssislərinin “Yeni konstruksiyalı quyudaxili avadanlıqlar”, “Qəzalı quyuların təmiri üçün yeni texnika və texnologiya” və “Yeraltı qaz anbarlarında qazın texnoloji itki normalarının təyini” mövzularında məruzə və çıxışları dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi