SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də Türkiyə Cümhuriyyətinin energetika və təbii sərvətlər naziri Fatih Dönmezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Energetika
21 Fevral , 2019 09:39
SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
socar.az

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də Türkiyə Cümhuriyyətinin energetika və təbii sərvətlər naziri Fatih Dönmezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir meqalayihənin gerçəkləşməsində hər iki qardaş ölkənin dövlət başçılarının göstərdiyi qətiyyətli mövqe və siyasi həmrəylik həlledici faktorlar kimi qeyd olunub, SOCAR-ın Türkiyədə həyata keçirdiyi bütün əməliyyatlarında ölkə başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi diqqət və davamlı dəstək xüsusi vurğulanıb. SOCAR-ın Türkiyədə həyata keçirdiyi nəhəng investisiya layihələri müzakirə edilib, onların Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

Rəsmi görüş və müzakirədən sonra qonaqlar "SOCAR Tower"də ölkəmizin qədim neft tarixini və Ümummilli Lideri tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi