SOCAR-ın prezidenti İranın neft naziri ilə görüşüb

SOCAR-ın prezidenti İranın neft naziri ilə görüşüb Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb
Energetika
121
8 Aprel , 2017 16:41
SOCAR-ın prezidenti İranın neft naziri ilə görüşüb
socar.az

Bakı. 8 aprel. REPORT.AZ/ İrana səfər etmiş SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirib. 

Bu barədə "Report"a SOCAR mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib. 

Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirib, ətraflı fikri mübadiləsi aparıblar.

Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.