Yuxarı
    Bağlamaq

    SOCAR-ın prezidenti Göyçayın Alpout kəndinə təbii qazın verilməsi mərasimində iştirak edib

    Kəndin 507 abonenti qazla təmin olunub

    Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev martın 19-da Göyçay rayonunun Alpout kəndinə təbii qaz verilişinin bərpa olunması münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib.

    "Report" xəbər verir ki, SOCAR rəhbərliyinin, Göyçay Rayon İcra Hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə bildirilib ki, 507 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48 822 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 507 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Tədbirdə çıxış edən SOCAR prezidenti Novruz bayramı və Alpout kəndinin yenidən qazlaşdırılması münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi