Yuxarı

SOCAR-ın "Ödənişli yay təcrübəsi" proqramının qalibləri müəyyən olunub

Seçilənlərin adları və təcrübə keçəcəkləri müəssisələr şirkətin saytında yerləşdirilib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı il üzrə “Ödənişli yay təcrübəsi” proqramının qalibləri müəyyən olunub.

"Report" xəbər verir ki, seçilənlərin adları və təcrübə keçəcəkləri müəssisələr şirkətin saytında yerləşdirilib.

Qeyd edək ki, neft ixtisasları üzrə təhsil alan tələbələrin yay tətillərinin səmərəli təşkilini, onların neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılmasını, habelə SOCAR-ın müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmalarını diqqət mərkəzində saxlayır və bu məqsədlə 2010-cu ildən etibarən hər il Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz mühəndisliyi, qazma, geofizika, geologiya, istehsalatın avtomatlaşdırılması, kompüter, inşaat, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, proqramçı və digər ixtisaslar üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün “Ödənişli yay təcrübəsi” proqramını həyata keçirir. Proqramda bakalavr pilləsinin əyani şöbəsinin III və IV, magistraturanın I və II kurslarında təhsil alan tələbələrin iştirak etməsi üçün imkanlar yaradılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi