SOCAR-da ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşlər keçirilib

SOCAR-da ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşlər keçirilib Tələbələr təhsillərini başa vurduqdan sonra karyeralarını SOCAR-da qurmaq arzusunda olduqlarını söyləyiblər
Energetika
21 Sentyabr , 2016 15:42
SOCAR-da ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşlər keçirilib

Bakı.21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin İnsan Resursları Departamentinin əməkdaşları şirkətin idarə və müəssisələrində ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşlər keçiriblər.

“Report” SOCAR-a istinadən xəbər verir ki, onlar SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində, “Azneft” İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsində, Kompleks Qazma İşləri Trestində, “Neftqaztikinti” Trestində, Heydər Əliyev adına Neft Emalı Zavodunda, “Qaz İxrac” İdarəsində, Ekologiya İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda, eləcə də İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçən tələbələrlə görüşüb, onların layihəyə münasibətlərini öyrənib, təklif və rəylərini dinləyiblər. Tələbələr onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Təcrübələr zamanı əldə etdikləri bililklərin önəmini vurğulayan tələbələr təhsillərini başa vurduqdan sonra karyeralarını məhz Dövlət Neft Şirkətində qurmaq arzusunda olduqlarını söyləyiblər. Təcrübə rəhbərləri ödənişli “Yay təcrübəsi proqramı”nın gedişi və iştirakçıların gördüyü işlər barədə fikirlərini bölüşüb, təcrübəyə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi