​SOCAR-ın Novorossiysk limanından neftin ixracını 2 dəfə artırıb

​SOCAR-ın Novorossiysk limanından neftin ixracını 2 dəfə artırıb Ceyhan limanından ixrac edilən neftin həcmi isə 28% azalıb
Energetika
1 Aprel , 2015 17:23
​SOCAR-ın Novorossiysk limanından neftin ixracını 2 dəfə artırıb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin mart ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169,47 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 254,003 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 226,280 min ton xam neft ixrac edib. 

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Novorossiysk limanından ixrac edilən neftin həcmi 2 dəfə artıb.

Məlumata görə, müvafiq olaraq Supsa limanından ixrac edilən neftin həcmi 4,94% artıb, Ceyhan limanından neftin ixracı isə 27,97% azalıb.

Ümümilikdə bu ilin yanvar-mart ayları ərzində SOCAR Novorossiysk limanından 423,8 min ton, Supsa limanından 762,3 min ton, Ceyhan limanından isə 4 554,4 min ton xam neft ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Novorossiysk limanından ixrac edilən neftin həcmi 66,63% artıb, Supsa limanından 5,56% azalıb, Ceyhan limanından yüklənən neftin həcmi isə 2,99% azalıb.

SOCAR bəyan edib ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.

Son xəbərlər

Orphus sistemi