SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilir

SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilir Bu, təmiz hava aylığı çərçivəsində həyata keçirilir
Energetika
22 Avqust , 2017 18:16
SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilir
Socar.az

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu ay da respublika ərazisində “Təmiz hava” aylığı keçirilir.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, tədbirdə SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzi iştirak edib. Mərkəz ölkədə qüvvədə olan standartlara uyğun olaraq şirkət üzrə nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların miqdarının normalara uyğunluğunun yoxlanılması işlərini yerinə yetirir.

İstismarda olan avtomobillərin yanacaq sistemləri tənzimlənir və daima saz vəziyyətdə saxlanılır. ''Təmiz hava'' aylığı çərçivəsində Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları avqustun 14-dən beş gün müddətində Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin Bakı və Sumqayıt şəhərlərində istismar olunan nəqliyyat vasitələrini və xüsusi texnikaları yerində ekoloji müayinədən keçiriblər və müayinələrin nəticələri müsbət qiymətləndirilib. SOCAR-ın balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi işləri tərtib olunmuş qrafikə uyğun olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi