SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib

SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır
Energetika
25 Aprel , 2016 18:27
SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 25-də SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Ələddin Paşa oğlu Muradov Zığ-2 istehsalat sahəsində “Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sığortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi