Yuxarı

SOCAR-ın Nəqliyyat İdarəsində ekoloji təqdimat keçirilib

SOCAR-ın Ekologiya İdarəsi Euro standartlarına dair İş Prosedurası sənədi hazırlayıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi Ekoloji ölçmə və tullantıların idarə olunması Departamentinin mütəxəssisləri Nəqliyyat İdarəsində avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə "Euro-4" ekoloji normaların tətbiq edilməsi və tullantıların idarə olunması mövzusunda təqdimatlar keçirib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təqdimatda deyilib ki, mütəmadi aparılan ekoloji müayinələrdə SOCAR-ın nəqliyyat vasitələrindən atılan zərərli qazların miqdarının "Euro-4" standartlarının normalarına uyğun ölçülməsini təmin etmək məqsədilə Ekologiya İdarəsinin "Euro" normalarına dair İş Prosedurası sənədi hazırlanıb. Bu sənədin tətbiqi ekoloji müayinələr zamanı alınan nəticələri hər avtomobilin öz "Euro" sinfinin normaları ilə müqayisə etməsinə imkan yaradır və hər nəqliyyat vasitəsinə individual yanaşmanı təmin edir. 

Sonra SOCAR-ın Tullantıların İdarə Olunması Planının (TİOP) icrası ilə əlaqədar aparılan işlər haqqında təqdimat keçirilib. Bazel Konvensiyasının müddəalarına uyğun olaraq tullantıların risk dərəcəsinə görə təsnifatı, təhlükəlilik dərəcəsi, tullantıların daşınmasına nəzarət, onların müvəqqəti saxlanması qaydaları və digər mövzuları əhatə edən təqdimatda tullantıların növlər üzrə çeşidlənməsi və təkrar emalı barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi