​SOCAR-ın Nəqliyyat İdarəsi tender elan edib

​SOCAR-ın Nəqliyyat İdarəsi tender elan edib İştirakçılar müsabiqə təklifi dəyərinin 1,5% -i həcmində təminat təqdim etməlidir
Energetika
6 İyul , 2016 09:58
​SOCAR-ın Nəqliyyat İdarəsi tender elan edib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi ehtiyat hissələrinə olan tələbatın təmin olunması məqsədi ilə açıq satınalma müsabiqəsi elan edib. “Report”un məlumatına görə, tender 5 lot üzrə keçirilir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi iyulun 29-dək təqdim olunmalıdır. Müsabiqə təklifi hər lot üzrə ayrı-ayrılıqda bir əsli və iki surəti olmaqla avqustun 8-dək təqdim edilməlidir. İştirakçılar müsabiqə təklifi dəyərinin 1,5% -i həcmində təminat təqdim etməlidir.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər lot-1 üzrə 700 manat, lot-2 üzrə 500 manat, lot-3 üzrə 350 manat, lot-4 üzrə 150 manat, lot-5 üzrə isə 118 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını ödədikdən sonra ala bilərlər. Zərflərin açılışı avqustun 8-də baş tutacaq.

Satınalma müqaviləsinin 2016-cı il ərzində tələbat yarandıqca yerinə yetirilməsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi