SOCAR-ın "Neftqaztikinti" Trestinin yeni inzibati binası istifadəyə verilib

SOCAR-ın "Neftqaztikinti" Trestinin yeni inzibati binası istifadəyə verilib Şirkətin prezidenti Rövnəq Abdullayev binaya baxış keçirib
Energetika
19 Mart , 2015 14:00
SOCAR-ın Neftqaztikinti Trestinin yeni inzibati binası istifadəyə verilib

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə “Neftqaztikinti” Trestinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir ki, R.Abdullayev və onu müşayiət edən şəxslər binaya baxış keçirib, yaradılan şəraitlə tanış olublar. SOCAR prezidentinə məlumat verilib ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. Binanın inşasına ötən ilin yanvar ayından başlanılıb. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati bina hər cür avadanlıqlarla təchiz olunub 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1 000 kV-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. Sahəsi 8 247 kv. metrə olan inzibati binanın ətrafı abadlaşdırılıb, asfalt örtüyü, yaşıllıq salınıb.

SOCAR prezidenti R.Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi