​SOCAR-ın “Neftqaztikinti” tresti tender elan edib

​SOCAR-ın “Neftqaztikinti” tresti tender elan edib Satınalma müqaviləsinin maksimum 60 gün müddətinə yerinə yetirilməsi tələb olunur
Energetika
4 İyul , 2016 17:53
​SOCAR-ın “Neftqaztikinti” tresti tender elan edib

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti müxtəlif ölçülü kanatlara olan tələbatını təmin etmək məqsədi ilə açıq tender elan edib. “Report”un məlumatına görə, müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi iyulun 8-dək Azərbaycan, rus və ya ingilis dillərində təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla iyulun 12-i saat 15:30-a qədər satınalma təşkilatına təqdim edilməlidir.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər 118 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını ödədikdən sonra ala bilərlər. Zərflərin açılışı iyulun 12-i saat 16:00-da baş tutacaq.

Satınalma müqaviləsinin maksimum 60 gün müddətinə yerinə yetirilməsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi