SOCAR-ın beynəlxalq əlaqələri müzakirə edilib

SOCAR-ın beynəlxalq əlaqələri müzakirə edilib ​SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Lordlar Palatasının üzvü və Senat nəşriyyatının direktoru ilə görüşüb
Energetika
8 İyun , 2015 18:02
SOCAR-ın beynəlxalq əlaqələri müzakirə edilib

Bakı. 8 iyun. REPORT.AZ/ SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Böyük Britaniyanın Lordlar Palatasının üzvü cənab Lord Deyvid Evansı və Senat nəşriyyatının direktoru xanım Karolin Minşelli qəbul edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüş zamanı SOCAR-ın neft sənayesi sahəsində uğurlu fəaliyyəti, şirkətin beynəlxalq əlaqələri müzakirə edilib, gələcək birgə fəaliyyət haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Qonaqlar Azərbaycanda keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb, Azərbaycanın hərtərəfli inkişafı xüsusi qeyd olunub.                               

Son xəbərlər

Orphus sistemi