SOCAR-ın neft emalı zavodunda təqdimat keçirilib

SOCAR-ın neft emalı zavodunda təqdimat keçirilib “Ən yaxşı emalçı” adına layiq görülən şəxs iştirakçılara təqdim olunub
Energetika
29 Sentyabr , 2015 18:42
SOCAR-ın neft emalı zavodunda təqdimat keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neftçilər günü ərəfəsində keçirdiyi “İlin ən yaxşısı” baxış-müsabiqəsinin təqdimat mərasimi olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, zavodun direktoru Elman İsmayılov müəssisənin qazandığı uğurlardan danışıb.

O qeyd edib ki, şirkətin müəssisələrində çalışan əməkçilər arasında peşələr üzrə keçirilən “İlin ən yaxşısı” baxış-müsabiqəsində “Ən yaxşı emalçı” nominasiyası üzrə builki müsabiqədə zavodun istehsal proseslərində fərqlənən bir neçə işçisi iştirak edib. SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi Müsabiqə Komissiyası namizədlərin fəaliyyətini dərindən araşdırıb və “Ən yaxşı emalçı” adına zavodun 3 saylı istehsalatının katalitik riforminq üzrə 31№-li qurğusunun rəisi Hüsaməddin Əliağa oğlu Əliyevi layiq görüb.

Zavodun direktoru H.Əliyevi iştirakçılara təqdim edib.

Son xəbərlər

Orphus sistemi